“Real” onun transferini tamamladı: Tibbi müayinədən keçdi
“Real” “Bornmut”un və İspaniya millisinin müdafiəçisi Din Heysenin transferini tamamlayıb.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
20 yaşlı futbolçu Madrid klubu ilə 2030-cu ilin iyun ayına qədər müqavilə imzalayıb. Heysen Londonda tibbi müayinədən uğurla keçib.
Qeyd olunur ki, klublar onun 50 milyon funt sterlinqə transferi barədə razılığa gəliblər. Müdafiəçi klublar dünya çempionatında “kral klubu”nun heyətində çıxış edə biləcək.
Cari mövsümdə Heysen İngiltərə çempionatında 30 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
