Türkiyəİspaniya

Mourinyo “Barsa”nın futbolçusunu istəyir: Onu yenidən parladacaq

Ötən mövsüm icarə əsasında “Brayton”da çıxış edən “Barselona”nın 21 yaşlı hücumçusu Ansu Fati ” Fənərbağça”ya keçə bilər .

Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Türkiyə klubunun idman direktoru bu yaxınlarda agenti Xorxe Mendeş və “Barsa”nın idman direktoru Deko ilə futbolçu haqda danışıb. “Fənər”in baş məşqçisi Joze Mourinyo Fatini yeni layihəsində görmək istəyir. Portuqaliyalı mütəxəssis onun yenidən önəmli futbolçu ola biləcəyinə əmindir.

Bildirilir ki, “Barselona” futbolçu barədə hələ qərar verməyib: Kataloniya klubunun baş məşqçisi Hansi Flik mövsümöncəsi məşq başlayanda onun fiziki vəziyyətini dəyərləndirəcək.

Keçən mövsüm ispaniyalı vinger “Brayton”da 30 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az

Ansu FatiAnsu FatiMourinyo "Barsa"nın futbolçusunu istəyir: Onu yenidən parladacaq