İspaniya

Meydandan kənarda Ronaldinyo, meydanda isə…

“Barselona”nın hücumçusu Rafinya özünü “Barsa”nın iki əfsanəsi ilə müqayisə edib.

Aut.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki,  Rafinya Ronaldinyo və Rivaldodan danışıb:

“Mən Rivaldo haqqında meydandan kənarda çox şey bilmirəm. Amma bilirəm ki, Ronaldinyo meydanda və meydandan kənarda həmişə eyni idi, daim gülümsəyirdi. Meydandan kənarda mən bir az Ronaldinyoya, meydanda isə daha çox Rivaldoya oxşayıram, daha diqqətli, daha ciddiyəm”.

Meydandan kənarda Ronaldinyo, meydanda isə...

Rafinya bu mövsüm “Barselona”nın heyətində 36 oyuna çıxıb, 8 qol vurub və 9 məhsuldar ötürmə edib.

Aut.az