Almaniya

“Bayern”in ona göndərdiyi təklif: 12 milyon maaş + 15 milyon…

“Bayern” “Bayer”in futbolçusu Conatan Taı transfer etsə, ona ildə təxminən 12 milyon avro ödəməyə hazırdır.

29 yaşlı müdafiəçi  Leverkuzen klubu ilə müqaviləni yeniləməyəcək və bu yay azad agent olacaq.

Aut.az xəbər verir ki, daha əvvəl Taın “Barselona” ilə razılığa gəldiyi, lakin kataloniyalıların maliyyə problemləri səbəbindən transferin baş tutmadığı bildirilmişdi.

“Barsa” oyunçunu növbəti mövsüm üçün qeydiyyatdan keçirəcəyinə zəmanət verə bilməyib.

“Bayern” hələ ötən yay onu transfer etmək istəyirdi. Lakin nəzarət şurasının vetosu səbəbindən müqavilə uğursuz oldu.

Ran.de qeyd edib ki, Münhen nəhəngi oyunçuya keçən ilki təklifi göndərib: 12 milyon avro maaş.  “Bavariya” transfer haqqı ödəməli olmadığı üçün müdafiəçiyə 15 milyon avro imza bonusu verməyə də hazırdır.

Aut.az