Ağır atletikada yeni çəki dərəcələri olacaq
Beynəlxalq Ağır Atletika Federasiyası yeni çəki dərəcələri təklif edib.
Aut.az xəbər verir ki, bu təklif mayın 23-26-da Səudiyyə Ərəbistanında keçiriləcək Beynəlxalq Ağır Atletika Federasiyasının Konqresində təsdiq üçün təqdim olunacaq.
Təsdiq olunarsa, dəyişikliklər 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək.
Böyük və kiçik yaş qruplarında oğlanlar və qızlar səkkiz çəki dərəcəsində mübarizə aparacaqlar.
Oğlanlar: 60 kq, 65 kq, 71 kq, 79 kq, 88 kq, 98 kq, 110 kq, + 110 kq. Qızlar: 48 kq, 53 kq, 58 kq, 63 kq, 69 kq, 77 kq, 86 kq, + 86 kq.
Gənclər – Oğlanlar: 56 kq, 60 kq, 65 kq, 71 kq, 79 kq, 88 kq, 98 kq, + 98 kq.
Qızlar: 44 kq, 48 kq, 53 kq, 58 kq, 63 kq, 69 kq, 77 kq, + 77 kq.
Kişilər dünya və qitə birinciliklərində yeni kateqoriyalar üzrə 60 kq, 65 kq, 71 kq, 79 kq, 88 kq, 98 kq, 110 kq və +110 kq, qadınlar isə 48 kq, 53 kq, 58 kq, 63 kq, 69 kq, 77 + 8 kq və 86 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
Növbəti dünya çempionatı 2025-ci ilin oktyabrında Norveçin Forde şəhərində keçiriləcək.
Olimpiya Oyunlarında aşağıdakı çəki dərəcələri müəyyən edilib:
Kişilər: 65 kq, 79 kq, 94 kq, 110 kq, + 110 kq.
Qadınlar: 48 kq, 58 kq, 69 kq, 86 kq, + 86 kq.
Beləliklə, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında ağır atletika 10 çəki dərəcəsində (kişilər üçün beş, qadınlar üçün beş) mübarizə aparacaq 120 idmançı (60 kişi və 60 qadın) kvotasında qalacaq.
Aut.az
