İtaliya

Fabreqası saxlamaq üçün bu yola əl atacaqlar

“Komo” rəhbərliyi komandanın baş məşqçisi Sesk Fabreqası başqa kluba buraxmaq niyyətində deyil.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat yayıb.

Mənbənin sözlərinə görə, İtaliya klubu 38 yaşlı mütəxəssisi komandada saxlamaq və avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaq məqsədilə yay transferləri üçün 80-100 milyon avro arası büdcə ayırmağı planlaşdırır.

Qeyd edək ki, Fabreqasa “Bayer” klubunun maraq göstərdiyi bildirilir.

Hazırda “Komo” A Seriyasının turnir cədvəlində 48 xalla 10-cu pillədə qərarlaşıb.

Aut.az