İtaliya

“Milan” onun transferini tamamladı

“Milan” “Tottenhem”in müdafiəçisi Emerson Royalı 15 milyon avroya transfer edəcək.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira X sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, 25 yaşlı braziliyalı futbolçu ilə 4+1 illik müqavilə imzalanacaq. Royal yeni klubuna transferini tamamlamaq üçün tezliklə tibbi müayinədən keçəcək.

Ötən mövsüm müdafiəçi bütün turnirlərdə 24 matçda iştirak edib və 1 qol vurub. “Transfermarkt”a görə, futbolçunun bazar dəyəri 18 milyon avrodur.

Aut.az