Ermənistan Futbol Federasiyasının əməkdaşı azyaşlını döydü – VİDEO
Ermənistan Futbol Federasiyasının təhlükəsizlik departamentinin rəhbəri meydanda azyaşlı azarkeşə qarşı zorakılıq tətbiq edib.
Aut.az xəbər verir ki, hadisə mayın 13-də keçirilən Ermənistan kubokunun final qarşılaşmasından sonra baş verib. Bununla bağlı Ermənistan millisinin azarkeş hərəkatı bəyanat yayıb.
Azarkeşlər bildiriblər ki, tədbir görülməsə, federasiyanın əməkdaşını özləri cəzalandıracaqlar.
“Bu şəxs, onun təmsil etdiyi qurum ciddi və dərhal cəzalandırılmasa, FFA-nın təşkil etdiyi tədbirlərdə stüard rolunu oynayan bu şəxslər azarkeşlər tərəfindən də analoji qeyri-mütənasib cavab alacaqlar”, – deyə bəyanatda bildirilir.
Aut.az
