Dünya futbolu

“Vətən xaini” federasiyanı məhkəməyə verib

Lozanna İdman Arbitraj Məhkəməsi Ukrayna millisinin keçmiş futbolçusu Anatoli Timoşçukun Ukrayna Futbol Assosiasiyasına qarşı işi üzrə dinləmələrin başlama tarixini açıqlayıb.

Aut.az xəbər veririk, dinləmələr aprelin 22-də başlayacaq.

UAF Timoşçukdan Ukrayna futbolunda əldə etdiyi bütün rütbə və titulları, o cümlədən milli komandada ən çox oyun keçirən futbolçu statusunu (144), eləcə də məşqçilik lisenziyasını alıb.

Timoşçuk son bir neçə ildə Rusiyada “Zenit”in strukturunda işləyir, həmçinin Ukraynanın genişmiqyaslı işğalını pisləmir və iki ildən artıqdır ki, bu barədə heç bir şərh vermir, lakin bütün rütbələri geri qaytarmaq istəyir.

Ukraynada Timaşuk “vətən xaini” hesab olunur.

Aut.az