Bu şirkət İsrail millisinə sponsorluq etməkdən imtina etdi
Almaniyanın idman geyimləri şirkəti “Puma” bundan sonra İsrail milli futbol komandasına sponsorluq etməyəcək.
Aut.az xəbər verir ki, Bu barədə “Financial Times” qəzeti şirkətin daxili sənədlərinə istinadən məlumat yayıb.
Dünyanın üçüncü ən böyük idman geyimi şirkəti İsrail Futbol Federasiyası ilə müqaviləsini yeniləməmək qərarına gəlib. Sənəddə deyilir ki, qərar bir il əvvəl verilib və İsrailin Qəzza zolağında davam edən hərbi əməliyyatı səbəbindən “Puma” məhsullarının yenidən boykot edilməsi çağırışları ilə əlaqəli deyil.
Qeyd olunur ki, Puma maliyyə səbəblərinə görə İsrail milli komandasına sponsorluq etməkdən imtina edib. Şirkət bu səbəbdən gələn il Serbiya Futbol Federasiyasına da sponsorluq etməyi dayandıracaq.
