Dünya futbolu

Elan etdilər: uşaq gözləyirlər – FOTOLAR

PSJ-nin futbolçusu Neymar ata olmağa hazırlaşır.

Aut.az xəbər verir ki, bunu braziliyalı futbolçunun sevgilisi Bruna Biankardi sosial media hesabında açıqlayıb. O, hamilə olduğu barədə fotolar da paylaşıb və bu sözləri yazıb:

“Biz sənin həyatını xəyal edirik, gəlişini planlaşdırırıq. Burada olduğunu bilmək günlərimizi daha xoşbəxt edir. Səni çox sevən qardaşın, nənələrin, xalaların və əmilərin olan gözəl ailəyə gələcəksən! Tez gəl, oğlum/qızım, səni gözləyirik!”

Bu, cütlyün ilk, Neymarın isə ikinci övladı olacaq. Onun 19 yaşında olarkən keçmiş sevgilisi Karolina Dantas ilə münasibətindən Davi Luka adlı 11 yaşlı oğlu var.

Elan etdilər: uşaq gözləyirlər - FOTOLAR

Elan etdilər: uşaq gözləyirlər - FOTOLAR

Elan etdilər: uşaq gözləyirlər - FOTOLAR