Əfsanəvi döyüşçü karyerasını bitirdi
UFC tarixinin ən böyük döyüşçülərindən biri olan Xose Aldo UFC 315-də emosional və mübahisəli döyüşdən sonra karyerasını bitirdiyini rəsmən elan edib.
Aut.az xəbər verir ki, braziliyalı əfsanə Kanadada keçirilən turnirdə son döyüşünü Ayman Zahabi ilə keçirib. 38 yaşlı veteran döyüşün müəyyən hissələrində üstün olsa da, hakimlərin yekdil qərarı ilə məğlub olub. Bu qərar azarkeşlərin qəzəbinə səbəb olub.
Döyüşdən sonra Xose ənənəvi olaraq əlcəklərini səkkizbucaqda qoyub və vida nitqi söyləyib .
“Artıq bunu edə bilmirəm. Bu, təkcə çəki ilə bağlı deyil, təkcə fiziki cəhətdən də deyil. Həqiqətən çətin bir həftə oldu. Sadəcə mən fiziki və ya əqli cəhətdən artıq bu işin içində deyiləm. Bədənim “yox” dedi. Ürəyim artıq onun içində deyil. Düşünürəm ki, bu, səkkizbucaqda sonuncu dəfə idim”, – Aldo deyib.
Aut.az
