Türkiyə

Diniyev oynadı?

Türkiyə birinci liqasında 38-ci turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Çorum” səfərdə “İstanbulspor”la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Diniyev meydana start heyətində çıxıb və ikinci hissədə əvəzlənib.

Hazırda “Çorum” 54 xalla 10-cu pillədə qərarlaşıb.