Bu möhtəşəm qolla Türkiyə millisinin tarixinə düşdü – VİDEO
Türkiyə millisinin futbolçusu Arda Gülər rekorda imza atıb.
Aut.az xəbər verir ki, o, buna AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən Uelslə matçda (2:0) nail olub. “Fənərbağça”nın futbolçusu sözügedən qarşılaşmada “ay-ulduzlular”ın 2-ci qolunu rəqib qapısından keçirib. Bu qol Arda üçün əlamətdar olub. O, milli formayla ilk dəfə fərqlənib.
Yarımmüdafiəçi eyni zamanda, 18 yaş 114 günlə Türkiyə millisinin tarixində rəsmi matçlarda qol vuran ən gənc futbolçu olub.
