İngiltərəİtaliya

“Çelsi” “Milan”ın liderini alır: Danışıqlar başladı

“Çelsi” “Milan”ın vingeri Rafael Leaonun transferi ilə bağlı qeyri-rəsmi danışıqlara başlayıb.

Aut.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.

Mənbənin sözlərinə görə, portuqaliyalı futbolçunun müqaviləsində 175 milyon avroya vaxtından əvvəl xitam verilməsi bəndi var, lakin “rossoneri” təxminən 75 milyon avro qarşılığında oyunçunu buraxa bilər. London “Arsenal”ının da 25 yaşlı hücumçuya göz dikdiyi vurğulanır.

Bu mövsüm Leao bütün turnirlərdə 48 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.

Aut.az