Futbol tarixinin ən yaxşı müdafiəçisi – Bekhemin versiyası
“İnter Mayami”nin sahibi Devid Bekhem “Milan”ın keçmiş futbolçusu Paolo Maldinini futbol tarixinin ən yaxşı müdafiəçisi elan edib .
Aut.az xəbər verir ki, Bekhem bu barədə “CBS Sports!a danışıb.
“Mən “Milan”a gələndə Pirlo, Nesta, Maldini orada oynayırdılar. Paolo inanılmaz, ən yaxşı lider, ən yaxşı kapitan, indiyə qədər gördüyüm ən yaxşı müdafiəçi idi. 41 yaşında belə, meydançanı onun kimi heç kim oxuya bilmirdi”, – Bekhem deyib.
2018-ci ilin avqustunda Maldini klubun inkişaf direktoru, bir il sonra isə texniki direktor vəzifəsinə yüksəlib. 2023-cü ilin iyununda Maldini “Milan”ın texniki direktoru vəzifəsini tərk edib.
Aut.az
