“İnter” – “Barselona” matçının hakimi sükutu pozdu: Sadəcə gülməlidir
Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter” – “Barselona” matçının baş hakimi Şimon Marçinyak Lautaroya qarşı təyin olunan penalti və Acerbinin vurduğu qola görə ona ünvanlanan tənqidlərdən danışıb.
Aut.az xəbər verir ki, hakimin sözlərini “Footmercato” sitat gətirib.
“Bu şərhlər sadəcə gülüncdür. Bu gülünc açıqlamalara nə deyə bilərəm? Mən heç kəsi incitməmişəm və “İnter”in üçüncü qolu təmiz olub.
“Barselonanın şikayəti? Mən hər şeyə hazıram”, – Marcinyak deyib.
Qeyd edək ki, finalda “İnter” PSJ ilə qarşılaşacaq.
Daha əvvəl “Barselona”nın prezidenti Joan Laporta komandanın məğlubiyyətində birbaşa Marçinyakı günahlandırmışdı.
Aut.az
