Boks

Sabiq dünya çempionundan etiraf: Putindən qorxuram, ailəm var

Birinci ağır çəki dərəcəsində keçmiş dünya çempionu Mairis Briedis (28-3, 20 KO) etiraf edib ki, Rusiya prezidenti Vladimir Putini təhqir etmək istəmir, çünki bu, onun ailəsini təhlükə altında qoya bilər.

Aut.az xəbər verir ki, Mairis bu barədə Viktor Loqiqə müsahibəsində bildirib.

“İnsanlar məndən Putini “qanlı diktator” adlandırmağımı istəyirdilər. Mən bir kişi kimi məsuliyyətli olmalıyam. Belə bir adamı təhqir etmək təhlükəlidir. Həm də təkcə mənim üçün deyil, bütün ölkə üçün.

Bu, belə şeylər deyən hər kəsin düşünməli olduğu bir məsələdir. Bunu bağışlamaq olmaz. Tək olsaydım… Amma beş övladım, həyat yoldaşım, valideynlərim var. Mən təkcə özümü yox, ailəmin təhlükəsizliyini də düşünməliyəm.

Təhlükəsizliyimə kim zəmanət verə bilər? Latviya, Litva, Estoniya? Ətrafıma toplaşsalar da, məni qoruya bilməyəcəklər.

Bəzi şüarlar səsləndirənlər,  məncə, gələcəyi düşünmürlər. Bu dama deyil, şahmatdır. Və mən bir az şahmat oynamağı bacarırıam”, – Briedis deyib.

Aut.az