Boks

Taysonun yerinə onunla döyüşəcək

Məşhur amerikalı bloger və boksçu Ceyk Pol iyulda rinqə çıxacaq.

Aut.az xəbər verir ki, onun rəqibi keçmiş UFC döyüşçüsü Mayk Perri olacaq. Mayk hazırda BKFC liqasında çıxış edir.

Ağır çəki çərçivəsində baş tutacaq görüş 8 raunddan ibarət olacaq və iyulun 20-də keçirləcək.

Qeyd edək ki, həmin tarixdə Pol əfsanəvi Mayk Taysona qarşı rinqə çıxmalı idi. Lakin 57 yaşlı keçmiş dünya çempionunun səhhətində yaranan problemlərə görə döyüş noyabrın 15-ə təxirə salınıb.

Aut.az