O qədər qışqırıb ki, gözləri qaralıb: Qələbə qolunu vuran futbolçu danışdı
“İnter”in hücumçusu David Frattezi Çempionlar Liqasının yarımfinalında “Barselona” üzərində əlavə vaxtda qazanılan (4:3) qələbədən sonra duyğularını bölüşüb.
Aut.az xəbər verir ki, bu oyunda qələbə qolunu Frattezi vurub.
“O qədər qışqırdım ki, gözlərim qaraldı, görmə qabiliyyətim itdi. Bəxtim gətirdi ki, matçı bitirdim… Bu qolu vurduğum üçün xoşbəxtəm və xoşbəxtlikdən yaxınlıqda buz var idi
Fizioloqlara təşəkkür etməliyəm: dünən qarnımda yırtıq vardı və bu axşam burada olmaq üçün inanılmaz iş gördük”, – “RMC Sport” Frattezinin sözlərindən sitat gətirib.
Aut.az
