Ərəblər onun başını aldada bilmədilər
“Latsio”nun hücumçusu Çiro İmmobile Səudiyyə Ərəbistanına yollanmaqdan imtina edib.
Aut.az a istinadən xəbər verir ki, italiyalı hücumçuya Səudiyyə Ərəbistanının iki klubu – “Əl-Şəbab” və “Əl-Vehda” təklif göndərib. Amma o, ölkəsində qalmağa qərar verib. Bu barədə “Corriere dello Sport” məlumat yayıb.
33 yaşlı hücumçu İtaliya millisi ilə Almaniyada keçiriləcək Avropa Çempionatının final mərhələsində iştirak etmək istəyir. Buna görə də Səudiyyə Ərəbistanı çempionatında deyil, A seriyasında oynamaq istəyir.
