İtaliya

Hakanla bağlı yayılan bu xəbər “İnter” rəhbərliyini qəzəbləndirib

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu “Bavariya” ilə mümkün transferlə bağlı danışıqlar aparır. Bu barədə daha əvvəl “Bild” məlumat yayıb.

Aut.az xəbər verir ki, “La Gazzetta dello Sport” qəzeti iddia edir ki, alman mənbəsindən verilən bu məlumat “neradzurri” rəhbərliyini qəzəbləndirib. “İnter”in rəhbərləri Çalhanoğlunun agenti Qordon Stipiçin hazırda başqa klubla əlaqə saxlamasından son dərəcə narazıdırlar.

İtalyanlar Hakanı satmağı düşünmürlər. “İnter” hesab edir ki, yarımmüdafiəçinin nümayəndəsi ən azı bir dəfə “Bavariya” ilə qarşılaşıb. Eyni zamanda rəhbərlik nə agentdən, nə də Münhen klubundan heç bir məlumat almayıb.

Aut.az