Prezidentdən Kvaratsxeliya açıqlaması: Biz istədiyimiz müddətcə…
“Napoli”nin prezidenti Aurelio De Laurentis gürcü vinger Xviça Kvaratsxeliya ilə müqavilənin uzadılması ilə bağlı vəziyyəti şərh edib.
Aut.az xəbər verir ki, Neapol klubnun rəhbəri bu sözləri deyib:
“Kvaratsxeliyanın sözləşməsinin uzadılması ilə bağlı vəziyyət? Futbolçularımız biz istədiyimiz və arzuladığımız müddətcə “Napoli”də qalacaq”.
“Partenopiyalılar” ilə 23 yaşlı futbolçu arasında mövcud müqavilənin müddəti 2026/2027 mövsümünün sonuna kimidir.
2024/2025 mövsümündə Xviça Kvaratsxeliya A Seriyasında “Napoli”nin heyətində 8 matçda iştirak edib, 4 qol və 2 məhsuldar ötürmə edib.
Aut.az
