İtaliya

Maaşından narazıdır, artırmasalar…

“Milan”ın qapıçısı Mik Menyan tezliklə Avropanın başqa bir top klubuna keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Mənbənin sözlərinə görə, fransalı qolkiper hazırkı maaşından razı deyil. “Milan” yaxın vaxtlarda futbolçunun maaşını artırmasa, o, transfer sorğusu göndərə bilər.

Qeyd olunur ki, “Çelsi”, “Bavariya”, PSJ və “Mançester Yunayted” kimi nəhənglər Menyan üçün yarışır. Milanlı bosslar futbolçunu 70-80 milyon avro dəyərində qiymətləndirirlər.

Menyan 2021-ci ildən “Milan”da çıxış edir. Bu mövsüm qapıçı “rossoneri”nin heyətində bütün turnirlərdə 16 oyun keçirib və 20 qol buraxıb. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 45 milyon avrodur.

Aut.az