Dünya futbolu

İnfantino rusları ümidləndirdi – Trampla görüşdən sonra

Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino Rusiyanın FİFA-ya üzvlüyünün tezliklə bərpa olunacağına ümid etdiyini bildirib.

Aut.az xəbər verir ki, Ağ Evdə Donald Trampla görüşdən sonra təşkilat rəhbəri TASS xəbər agentliyinə deyib ki, Rusiya komandalarının geri qayıtması Ukrayna üzrə sülh danışıqlarının gedişi ilə mümkündür.

İnfantino vurğulayıb ki, futbol ictimaiyyəti Rusiya idmançılarının yenidən beynəlxalq turnirlərdə iştirak edə biləcəkləri anı gözləyir. Eyni zamanda, o, münaqişənin sülh yolu ilə həllinin idman məsələlərindən üstün tutulduğunu etiraf edib.

FİFA rəhbəri Trampın konstruktiv mövqeyini qeyd edib, onun sözlərinə görə, o, sülh yolu tapmaq üçün fəal işləyir. İnfantino əmin olduğunu bildirib ki, danışıqlarda irəliləyiş Rusiyanın yaxın gələcəkdə dünya futbol ictimaiyyətinə qayıtmasına zəmin yarada bilər.

“Bildiyiniz kimi, Rusiya hazırda FİFA yarışlarından kənarlaşdırılıb. Amma təbii ki, bizim ümidimiz, mənim ümidim, məncə, futbol dünyasında hər kəsin ümidi Rusiyanın qayıtmasıdır”, – İnfantino bildirib.

Aut.az