“Yuve” bu iki futbolçu ilə razılaşdı: Müqaviləni uzadır
ABŞ millisinin mərkəz yarımmüdafiəçisi Ueston Makkenni, italiyalı müdafiəçi Federiko Qatti yaxın vaxtlarda “Yuventus”la yeni müqavilə imzalamağa hazırlaşır.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat verib.
Mənbənin məlumatına görə, Makkennninin Turin klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin yayına kimi qüvvədədir. Qattinin də müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Makkenni 2021-ci ildən “Yuventus”da çıxış edir. 2020/2021 mövsümündə futbolçu bu komandada icarə əsasında çıxış edib, onun hüquqları “Şalke”yə məxsus olub. Cari klub mövsümünün bütün turnirlərində futbolçu 40 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qatti 2022-ci ildən “Yuventus”da çıxış edir. Cari klub mövsümündə 40 matçda bir qol vurub və iki məhsuldar ötürmə edib.
Aut.az
