İtaliya

“Napoli” bu seriyanı təkrarladı

İtaliya A Seriyasının 35-ci turunun matçında “Napoli” səfərdə “Leççe”ni 1:0 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, Neapol klubu tarixində dördüncü dəfə A Seriyasında ardıcıl dörd oyunda bir qol buraxmamaqla qələbə qazanıb.  “Napoli” sonuncu dəfə 2022/23 mövsümündə Lusiano Spalettanın rəhbərliyi altında oxşar seriyaya malik olub.

Qeyd edək ki, Antonio Kontenin yetirmələri “Leççe”dən savayı “Empoli” (3:0), “Monza” (1:0) və “Torino”ya (2:0) qalib gəlib.

Aut.az