İtaliya

“İnter”in 3 yeni transferi sıradan çıxdı

“İnter”in yeni transferlərindən birdən-birə 3 futbolçu zədələnib.

Aut.az xəbər verir ki, Milan klubunun mətbuat xidmətinin məlumatına görə, heyətə cəlb olunan Mehdi Taremi, Piotr Zelinski və Marko Arnautoviç zədələnib.

“Napoli”dən qatılan Zelinski və “İnter”in “Bolonya”dan aldığı Arnautoviçin sol bud əzələlərində problem var. Bununla belə, avstriyalının tez sağalacağı güman edilsə də,  polşalı yarımmüdafiəçiyə həftələr lazım olacaq.

Taremiyə gəlincə, “Porto”nun keçmiş forvardının keçən həftə bud nahiyəsində gərginlik yaranıb.

Aut.az