Dünya futbolu

Yarım əsrdən sonra qayıtdılar

“Paris” klubu “Martinqo” ilə heç-heçə edərək, Liqa 2-də sona bir tur qalmış yüksək diviziona vəsiqəni təmin edib.

Aut.az xəbər verir ki, paytaxt komandası 66 xal toplayıb və üçüncü pillədə qərarlaşan “Mets” üçün əlçatmaz olub.

Qeyd edək ki, “Paris” sonuncu dəfə 1978/79 mövsümündə Fransa futbolunun yüksək liqasında çıxış edib. 1983-cü ildə klub peşəkar statusunu itirsə də, 2015-ci ildə onu bərpa edib.

Beş il əvvəl “Explore Bahrain” fondu Parisin 20 faizini 5 milyon avroya alıb.

Aut.az