“Əl-Hilal” onu qovdu
“Əl-Hilal” baş məşqçi Xorxe Jesusla müqaviləni pozub.
Aut.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
70 yaşlı mütəxəssislə müqaviləyə Asiya Çempionlar Liqasının yarımfinalında “Əl-Əhli”yə məğlubiyyətdən (2:3) bir neçə gün sonra xitam verilib.
Jesusun köməkçisi Məhəmməd Əl-Şalhub klubun müvəqqəti baş məşqçisi təyin edilib.
Hazırkı Səudiyyə Ərəbistanı çempionatında “Əl-Hilal” 29 matçda 62 xalla lider “Əl-İttihad”dan 6 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
Aut.az
