İngiltərə

“Siti”nin ulduzu 400-ə çatdı

İngiltərə Premyer Liqasının 35-ci turu çərçivəsində “Mançester Siti” səfərdə “Vulverhempton”la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, yarımmüdafiəçi Bernardo Silva ev sahibi komandanın start heyətində başlayıb. 30 yaşlı portuqaliyalı üçün bu, “Siti” forması ilə 400-cü matç kimi tarixə düşüb. Silva “şəhərlilər”ın tarixində bu həddə çatan 16-cı futbolçu olub.

Maraqlı fakt odur ki, portuqaliyalı bu mövsüm bu qədər oyun keçirən klubun ikinci oyunçudur. Birinci Kevin De Bruyne olub. O, yanvarda Mançester klubunda 400-cü matçını keçirib.

Qeyd edək ki, Bernardo Silva “şəhərlilər”ın heyətində bütün turnirlərdə 70 qol vurub.

Aut.az