İngiltərə

Qvardiola “Siti”ni “yıxan” səhvini açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bu mövsüm uğursuzluqlara səbəb olan məşqçi səhvini açıqlayıb.

Aut.az xəbər verir ki, Qvradiolanın sözlərini “Goal” sitat gətirib.

“İndi mən təəccüb edirəm ki, O’Rayli niyə noyabr, dekabr, yanvar, fevral aylarında oynamadı… Və Ceyms Makeyti də.

Onları meydana buraxmalı idim. O an düşündüm ki, onlar hələ hazır olmaya bilərlər və indi görün nə oldu. Onlar hazırdırlar, ona görə də oynayırlar”, – Qvardiola bildirib.

Keçirilən 35 matçdan sonra “Mançester Siti” 64 xalla Premyer Liqanın turnir cədvəlində üçüncü yerdədir.

Aut.az