Çempionlar Liqası

Dembele Zidanla Qrizmannı geridə qoydu

Çərşənbə axşamı, aprelin 29-da Londonda Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu keçirilib və “Arsenal” doğma meydanda PSJ-yə 0:1 hesabı ilə uduzub.

Parislilərin yeganə qolunu fransalı vinger Usman Dembele vurub.

Aut.az xəbər verir ki, UEFA-nın məlumatına görə, Dembele (9 qol) ən yaxşı fransız bombardirləri siyahısında Zinəddin Zidan və Antuan Qrizmanı (hər biri 8 qol) qabaqlayaraq 4-cü pilləyə yüksəlib.

Çempionlar Liqasının pley-off mərhələsində ən çox qol vuran fransızlar:

Kərim Benzema – 34, Kilian Mbappe – 24, Tyerii Anri – 12, Usman Dembele – 9, Zinəddin Zidan – 8, Antuan Qrizmann – 8.

Aut.az