“Barsa” “Çelsi”ni darmadağın etdi: ÇL-in finalına yüksəldi
Qadınlar arasında Çempionlar Liqasında İngiltərənin “Çelsi” və İspaniyanın “Barselona” klubları arasında ikinci yarımfinal oyunu baş tutub.
Aut.az xəbər verir ki, “Stamford Bric”də keçirilən qarşılaşma 4:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
İki görüşdə 7:1 hesabı ilə qalib gələn “Barselona” turnirin finalına yüksəlib.
Finalda “Barselona” “Arsenal” – “Lion” matçının qalibi ilə qarşılaşacaq.
Turnirin finalı mayın 24-də Lissabonda (Portuqaliya) baş tutacaq.
Aut.az
