İtaliya

13 il idi ki, belə aqibətlə üzləşmirdilər

“İnter” A Seriyasının 34-cü turunda səfərdə “Roma”ya 0:1 hesabı ilə uduzub.

Aut.az xəbər verir ki, “neradzurri” üçün bu məğlubiyyət bütün yarışlarda ardıcıl üçüncü olub. Milan klubu eyni zamanda bu görüşlərin heç birində qol vurmayıb.

“Opta”nın məlumatına görə, “İnter” 2012-ci ildən bəri ilk dəfə ardıcıl üç matçda qol vurmadan məğlub olub. Simone İqzaqinin yetirmələri A seriyasında “Roma” (0:1) və “Bolonya”ya (0:1), İtaliya kubokunda isə “Milan”a (0:3) uduzub.

Aut.az