Əmindirlər, Ançelotti bu tarixdə gələcək
Braziliya Futbol Konfederasiyası (CBF) Karlo Ançelottinin milli komandaya rəhbərlik etməyə razı olacağına əmindir.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Fabritsio Romano məlumat verib.
Mənbənin məlumatına görə, italiyalı mütəxəssisin iyunun 15-də start götürəcək klublararası dünya çempionatı başlamazdan əvvəl Braziliya millisini qəbul edəcəyi planlaşdırılır.
CBF nümayəndələri müqaviləni yekunlaşdırmaq üçün İspaniyadadır və hazırda Ançelottinin çalışdırdığı “Real”ın qərarını gözləyirlər.
Daha əvvəl mətbuatda 65 yaşlı mütəxəssisin cari mövsümün sonunda “Los Blancos”u tərk edə biləcəyi barədə məlumatlar yayılmışdı. Ançelottinin klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Aut.az
