İngiltərəİspaniya

Qvardiola “Barselona”nın ulduzunu istəyir

“Mançester Siti” klubu 2025-ci ilin “Qızıl top” mükafatına əsas namizədlərinə birini heyətinə qatmaq istəyir.

Aut.az xəbər verir ki, bu barədə “Transferfeed” məlumat yayıb.

“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola “Barselona”dan Rafinyanın transfer edilməsini istəyib. O, Çempionlar Liqasının hazırkı bombardirinin komandanın yeni lideri olacağına inanır. “Siti” futbolçu üçün 80 milyon avro təklif etməyə hazırdır.

Braziliyalı futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir. Rafinya bu mövsüm 48 matçda 28 qol vurub və 22 məhsuldar ötürmə edib.

Aut.az