Mbappe böhtan şikayəti verəcək
İsveçdə təcavüzdə şühbəli bililən “Real”ən və Fransa millisinin hücumçusu Kilian Mbappe böhtana görə şikayət etməyə hazırlaşır.
Aut.az xəbər verir ki, bu barədə onun vəkili Mari Elis Kanu-Bernard məlumat verib.
“Oyunçu bu böhtana qarşı şikayət edəcək. Bir insanın bu şəkildə böhtan atılmasına və ləkələnməsinə icazə verilməməlidir. Kilian sakitdir, o, əslində nədə ittiham oluna biləcəyini başa düşmür”, – deyə vəkil “France Press”ə bildirib.
Kanu-Bernard əlavə edib ki, onlar xəbəri izləyirlər, lakin Mbappenin şübhəli olub-olmadığı hələlik bəlli deyil. Həqiqətən ona qarşı iddia qaldırılıb-edilmədiyini təsdiqləyə bilmir.
Aut.az
