“Yunayted” onun transferini həll etdi
“Mançester Yunayted” yay transfer pəncərəsində “Vulverhempton”un braziliyalı hücumçusu Mateus Kunin transferi ilə bağlı prosesi yekunlaşıdırb.
Aut.az xəbər verir ki, bu barədə “Goal Brazil” məlumat yayıb.
Bildirilir ki, artıq razılıq əldə olunub və futbolçu ilə şəxsi müqavilənin şərtləri razılaşdırılıb.
Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” braziliyalı üçün 73 milyon avronu ötmək şərti ilə satınalma bəndi ödəmək niyyətindədir. İngiltərədə transfer pəncərəsi açılana kimi transferin bütün detallarının dəqiqləşəcəyi gözlənilir.
Mateus 2023-cü ilin yayında 50 milyon avroya “Atletiko Madrid”dən “Vulverhempton”a keçib. Bu mövsüm 25 yaşlı hücumçu bütün yarışlarda 31 oyunda 16 qol vurub və 4 məhsuldar ötürmə edib.
Aut.az
