Yamaldan etiraf: Məndən 4 yaş kiçik uşaqların adım olan formaları geyindiyini görəndə…
“Barselona”nın 17 yaşlı cinah yarımmüdafiəçisi və İspaniya millisinin heyətində Avropa çempionu Lamin Yamal ona olan kürəyində adı yazılmış forma geyinən uşaqlara münasibətindən danışıb.
Aut.az xəbər verir ki, o, ESPN-ə açıqlamasında bu sözləri deyib:
“Bu inanılmazdır. Mən uşaq olanda Neymar, Messi və digər oyunçularla köynək geyinirdim. Deməli, uşaqların mənim adım olan formalarda oynaması o deməkdir ki, mən onları ən azı futbolda ruhlandırıram.
Bunun belə tez olacağını heç düşünməzdim. 13 yaşlı uşaqları özündən cəmi 4 yaş böyük oğlanın adı yazılmış forma geyindiyini görmək heyrətamizdir. Anam həmişə mənə deyir ki, harasa gedəndə və üzərində sənin adın olan köynək geyinmiş bir uşaq görəndə nə qədər dəyərli olduğunu xatırla. Bu, məni xoşbəxt edən şeylərdən biridir”.
Qeyd edək ki, bu mövsüm Yamal “Barselona”nın heyətində bütün turnirlərdə 47 matçda 14 qol vurub və 22 məhsuldar ötürmə edib.
Aut.az
