Dünya futboluİspaniya

Ərəblər daha bir ulduzu hədəfə aldı: Həmyerlisi ilə komanda yoldaşı olacaq?

“Atletiko”nun və İspaniya millisinin hücumçusu Alvaro Morata karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Aut.az xəbər verir ki, 31 yaşlı forvardın xidmətində ispaniyalı mütəxəssis Mişelin rəhbərlik etdiyi “Əl-Qadisiyyə” klubu maraqlıdır. Bu barədə AS məlumat yayıb.

Əl-Xobar klubu daha əvvəl Moratanın İspaniya millisindəki komanda yoldaşı, “Real”dan ayrılan Naçonu heyətinə qatıb.

Qeyd edək ki, ötən mövsüm Morata “Atletiko”nun heyətində bütün turnirlərində 48 matçda 21 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Aut.az