İspaniya

Pedri rekord müəyyənləşdirdi: Düz 17 dəfə…

Pedri, bir oyunda rəqibdən top alma sayına görə La Liqada mövsümün rekordunu müəyyənləşdirib.

Aut.az xəbər verir ki, 32-ci turun “Selta” ilə matçında (4:3) “Barselona”nın yarımmüdafiəçisi bunu 17 dəfə bacarıb.

O, həm də cari İspaniya çempionatında iki matçda ən azı 15 dəfə topa nəzarəti bərpa edən yeganə oyunçudur.

Pedri , həmçinin bu mövsüm 209 belə göstərici ilə La Liqada liderdir.

Aut.az