Dünya futboluİspaniya

Kamikadze taktikası ilə oynayırlar: Qullit hansı komandanı deyir?

Niderland yığmasının sabiq üzvü Ruud Qullit Çempionlar Liqasının 4-cü turunda “Brügge” ilə qarşılaşmada “Barselona”nın taktikasını tənqid edib.

“Barsa” ilk 17 dəqiqədə iki qol buraxdı və matç ərzində üç dəfə hesabda geri düşdü, lakin 3-3 hesablı heç-heçə edə bildi.

Aut.az xəbər verir ki, “Sport.es” Qullitdən sitat gətirib:

“Bütün “Barsa” oyunçuları bunu (yüksək müdafiə xətti – red.) kamikadze taktikası hesab edir”.

Bu mövsüm “Barselona” bütün yarışlarda 15 matçda 20 qol buraxıb. Çempionlar Liqasının dörd turundan sonra “blauqrana” 7 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Aut.az