Mbappenin sahibi olduğu klubdan fiasko
“Real”ın ulduz futbolçusu Kilian Mbappenin sahibi olduğu “Kan” klubu Liqa 2-nin 31-ci turunda “Martiqu”ya uduzub.
Aut.az xəbər verir ki, çatç 0:3 hesabı ilə başa çatıb. Bu məğlubiyyətdən sonra komanda Fransanın ikinci divizionunda qalmaq şansını itirib.
Qeyd edək ki, keçən ilin yayında Mbappe “Kan”ın nəzarət paketini satın alıb.
Aut.az
