Dünya futbolu

“Santos” məğlub oldu, Neymar isə kefindən qalmır

Neymar buraxdığı matçdan bir neçə gün əvvəl karnavala qatılıb.

Aut.az xəbər verir ki, “Santos” Paulista Liqasının yarımfinalında “Korintians”a 1:2 hesabı ilə uduzaraq turnirdən kənarlaşdırılıb. . Neymar matçı ehtiyat oyunçular skamyasında keçirib və cümə axşamı “narahatlıq hiss etdiyini” izah edib.

Amma iddia edilən zədədən iki gün əvvəl forvard həyat yoldaşı və dostları ilə Rio-de-Janeyroda keçirilən karnavalda iştirak edib. “Estadao” yazır ki, futbolçu gecə saatlarına qədər samba məktəbinin çıxışlarına baxıb.

Qeyd edək ki, futbolçunun bacısı Rafaella Bekran martın 11-də ad gününü qeyd edir. Keçmişdə Neymar müxtəlif səbəblərdən bir neçə dəfə bu tarixə təsadüf edən matçları buraxıb.

Aut.az