Dünya futbolu

Suares bu dəfə komanda yoldaşını dişlədi – VİDEO

“İnter Mayami”nin hücumçusu Luis Suares KONKAKAF Çempionlar Kubokunun 1/4 finalında “Los Anceles”lə cavab matçında (3:1) komanda yoldaşı Jordi Albanı dişləyib.

Aut.az xəbər verir ki, olay matçın 89-cu dəqiqəsində baş verib.  Komandanın futbolçuları arasında əlbəyaxa dava zamanı 38 yaşlı uruqvaylı komanda yoldaşının barmağını dişləyib.

Suaresin meydanda oyunçuları dişləməsi ilk dəfə deyil. Bundan əvvəl uruqvaylı Otman Bakkalı (2010), Branislav İvanoviçi (2013) və Corcio Kyellinini (2014) dişləyib.

Aut.az