Digər

Olimpiya çempionu 16 illik rekordu qırdı

Olimpiya çempionu Lukas Mertens 400 metr məsafəyə sərbəst üsulla üzmədə dünya rekorduna imza atıb.

Aut.az xəbər verir ki, Stokholm Açıq Çempionatında 23 yaşlı üzgüçü 3 dəqiqə 39,96 saniyə nəticə göstərib. Alman 2009-cu il Dünya Çempionatında məsafəni 3 dəqiqə 40,07 saniyəyə qət edən həmyerlisi Pol Bidermanın rekordunu qırıb.

2024-cü ildə Parisdə keçirilən Oyunlarda Mertens 400 metr məsafəyə sərbəst üsulla 3:44.13 nəticə ilə qızıl medal qazanıb.

Üzgüçü Avropa çempionatında qızıl, eləcə də dünya çempionatında gümüş və iki bürünc medal qazanıb.

Aut.az