“Bayer”dən “Real”ın Alonsoya marağı haqda: Təki “Arsenal”a böyük hesabla…
“Bayer” “Real Madrid”in Xabi Alonso ilə maraqlanmasına münasibət bildirib.
Aut.az xəbər verir ki, bu barədə “Bayer”in baş direktoru Fernando Karro “Sky Sport”a danışıb.
“Mən “Real”ın “Arsenal”a böyük hesabla qalib gəlməsini və onların məşqçisinin vəziyyətinin yaxşılaşmasını istərdim. Futbolda bu normaldır: “Real” kimi bir klub Çempionlar Liqasının 1/4 finalında “Arsenal”a 0:3 hesabı ilə uduzanda söz-söhbətlər yayılmağa başlayır.
Bu anlaşılandır və düzünü desəm, bütün bu fərziyyələrdən qaçmaq və əvəzində “Real”dan dominant bir performans görmək istərdim”, – Fernando Karro deyib.
Aut.az
