Digər

Ruslar qayıdır: BOK federasiyalarla danışıq aparır

Beynəlxalq Olimpiya Komitəsi (BOK) qış idman növləri federasiyaları ilə Rusiya və Belarus idmançılarının 2026-cı ildə İtaliyada keçiriləcək Oyunlara buraxılmasını müzakirə edir.

Aut.az xəbər verir ki, bu barədə təşkilatın idman direktoru Keyt Makkonel çərşənbə günü mətbuat konfransında bildirib.

“İdmançılar öz ölkələrinin hərəkətlərinə görə cəzalandırılmamalıdırlar və biz əvvəlki mövqeyimizi qoruyub saxlayırıq. Biz bunu qış federasiyalarına yay federasiyalarından nümunə götürərək izah edirik”, – Makkonnell bildirib.

Makkonnel Parisdə keçirilən yay Oyunlarını misal çəkib, onun sözlərinə görə, burada rusiyalı idmançıların iştirakı problem yaratmayıb. Qurum rəsmisi əlavə edib ki, Rusiya və Belarus idmançılarının qayıdışı problemsiz və heç bir fəsadsız gedir.

O, bildirib ki, xizəklə yarışan ruslar və belaruslar barədə artıq qərar verilib. Sürətli konkisürmə, fiqurlu konkisürmə və şort-trekdə qayıdış planlaşdırılır.

2026-cı il Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək İtaliyanın Milan və Kortina d’Ampezzo şəhərlərində keçiriləcək.

Aut.az