İspaniya

Ançelotti istefaya göndəriləcək – Rivaldo iddia edir

“Barselona”nın əfsanəsi Rivaldo güman edir ki, “Real”ın baş məşqçisi Karlo Ançelotti istefaya göndəriləcək.

“Real Madrid” Çempionlar Liqasının ilk 1/4 final matçında “Arsenal”a 0:3 hesabı ilə uduzub.

Aut.az xəbər verir ki, Rivaldo “Real”ın cavab matçı üçün şansını belə dəyərləndirib.

“Çətin olacağı bəllidir, amma futbolda mümkünsüz heç nə yoxdur, xüsusən də söhbət “Real Madrid”dən və onların sahib olduğu oyunçulardan gedirsə. Madrid klubunun hücumu güclü olur. Bəzən son oyunda olduğu kimi komanda qol vurmur, sonra da birdən ard-arda iki-üç qol vurur. Cavab oyunu əla olacaq. Məncə, hələ hər şey həll olunmayıb.

Əgər “Real” mübarizəni dayandırsa, Ançelottinin istefaya göndərilməsi ehtimalı yüksəkdir. Bilirik ki, belə böyük komandalarda zəif nəticələr çətinlik yaradır. Azarkeşlər düşünməyə başlayacaqlar ki, məşqçi artıq “Real”a o qədər də diqqət yetirmir və Braziliya millisində işləməyi düşünür. Yalan da olsa, inkar etməsə, bu söz-söhbət havada qalır”, – “Barselona”nın keçmiş yarımmüdafiəçisi deyib.

Aut.az